Bu gün Avropa Liqasının qrup mərhələsində 4-cü turun oyunları keçiriləcək.

Unikal.org-un xəbərinə görə, turnirdə ölkəmizi təmsil edən "Qarabağ da növbəti oyununa çıxacaq.

Ağdam təmsilçisi cari mövsümdə Avropa Liqasının qrup mərhələsində keçirdiyi oyunların hamısında məğlub olub. Qurban Qurbanovun komandası Poltavada məğlubiyyətin əvəzini çıxmağa və qrupda ilk qələbəsini qazanmağa çalışacaq.

Qrupun digər oyununda "Arsenal "Sportinqi qəbul edəcək.

Xatırladaq ki, qrupda keçirdiyi üç oyunda qol vura bilməyən "Qarabağ səfərdə "Sportinqə (0:2), Bakıda isə "Arsenal (0:4) və "Vorsklaya (0:1) məğlub olub.


Avropa Liqası

Qrup mərhələsi, IV tur

E qrupu

00:00. "Vorskla (Ukrayna) - "Qarabağ (Azərbaycan)
Baş hakim: Sandro Şörer (İsveçrə)
Aleksey Butovski adına stadion

00:00."Sportinq" (Portuqaliya) - "Arsenal" (İngiltərə)