Ucar rayonu ərazisində "Ford Transit markalı avtomobilin sürücüsü qəflətən yolun hərəkət hissəsinə çıxmış qoyun sürüsünü vurub.

Unikal.org DİN-ə istinadən xəbər verir ki, noyabrın 8-də saat 3 radələrində Ucar rayonunun Müsüslü kəndi ərazisində Ağdam rayon sakini Yusifəli İsmayılov idarə etdiyi "Ford Transit markalı avtomobillə qəflətən yolun hərəkət hissəsinə çıxmış, Ucar rayon sakini Qurban Hacıyevə məxsus qoyun sürüsünü vurub və nəticədə 42 baş qoyun tələf olub.

Y.İsmayılov izahatında dövlət qeydiyyat nişanlarını görmədiyi "KamAZ markalı avtomobilin də heyvan sürüsünün üzərindən keçərək getməsini bildirib.

BDYPİ tərəfindən araşdırma aparılır.