"Qarabağ" komandasının Ukraynada "Vorskla" ilə keçirdiyi Avropa Liqasının qrup mərhələsinin IV tur oyunundan sonra Bakıya dönüşü təxirə salınıb.

Unikal.org "Report"a istinadən xəbər verir ki, Poltava hava limanından yola düşməli olan təyyarənin uçuşu bu gün saat 12:00-da gerçəkləşəcək.

Səbəb kimi hava şəraitinin uçuş üçün əlverişsiz olması göstərilib.

Qeyd edək ki, görüş "Qarabağ"ın qələbəsi ilə yekunlaşıb - 1:0.