"Keyxanım ləqəbi ilə tanınan məşhur aktrisa Ülviyyə Əliyevanın Xətai rayon ərazisi Xudu Məmmədov 79 ünvanında "Şərur inşaata məxsus hündürmərtəbəli binada olan evindən qızıl və az pulu oğurlanıb.

Bu barədə Unikal.org-a Ülviyyə Əliyevanın özü məlumat verib. O, bildirib ki, hadisə 5 noyabr tarxində gecə saatlarında baş verib:

"4 aydır ailə həyatı qurmuşam. Bu aylar ərzində cəmi bir dəfə anamgildə qalmışam. Hazırda həyat yoldaşım Rusiyadadır. 5 noyabr tarixində bacım qızı ilə, ad gününə getmişdim. Gec olduğundan  gecə saatlarında anamın evinə getdim və orada qaldım.  4 ay ərzində bircə gün idiki evimdə qalmadım. Səhər də anamgildən çəkilişə getdim. Axşam saat 20:45 radələrində evimə qayıdanda gördüm ki, qapı açılıb və evin işığı yanıq qalıb. Bu zaman şübhələnməyə başladım. Tez mücrü qabına baxdım. Gördüm ki, 15 min manat dəyərində qızıllar və az miqdarda pullarım oğurlanıb. Dərhal Daxili İşlər Nazirliyi "102 qaynar xəttinə zəng etdim və hadisə yerinə Xətai rayon Polis Bölməsinin əməkdaşları gəldilər. Onlar hadisə yerindən əl izləri götürdülər, cinayət hadisəsi aktlaşdırıldıqdan sonra getdilər. Hazırda bu cinayət işinə 36-cı polis bölməsində baxılır. Əl izləri ekspertizaya göndərilib. 2-3 gündür polis bölmələrində gəzirəm.

Ülviyyə Əliyeva onu da əlavə edib ki, iki ay əvvəl yaşadığı evin blokunun kamerası da sındırılıb: "Hesab edirəm ki, bu əvvəlcədən planlaşdırılmış bir hadisədir. 4 aydır evdən kənara çıxmırdım. Bir gün evdən çıxan kimi, hadisə baş verib. Bu necə ola bilər? Ümid edirəm ki, Azərbaycan Daxili İşlər Nazirliyinin polis əməkdaşları hadisəni tez bir zamanda üstünü açacaq və oğru (və yaxud oğrular) cinayət məsuliyyətinə cəlb ediləcəklər.

Qeyd edək ki, aktrisa 19.06.2018-ci ildə Manaf Muxtarov adlı iş adamı ilə ailə qurub.

Orxan Həsənli