Bakı-Ələt yolunda mərmər daşıyan TIR yük avtomobili qəza törədib.

Unikal.org report-a istinadən məlumatına görə, nəqliyyat vasitəsinin qabaq təkəri partlayıb. Nəticədə yük maşını qarşısındakı "Mercedes" markalı avtomobili vurub. Zərbənin təsirindən TIR yolun kənarına düşərək aşıb.

Hadisə nəticəsində ölən və yaralanan olmayıb.

Faktla bağlı araşdırma aparılır.