Ucarda avtomobil velosipedçini vurub öldürüb.

DİN-dən Unikal.org-a verilən məlumata görə, noyabrın 8-də saat 14 radələrində Ucar rayonunun Qaradağlı kəndi ərazisində Bərdə şəhər sakini Rüfət Xankişizadə idarə etdiyi "VAZ-2106 markalı avtomobillə velosipedlə hərəkətdə olan kənd sakini Xaləddin Abdullayevi vurub və nəticədə velosipedçi hadisə yerində ölüb.