Keçən ay Braziliyanın "San-Paulu klubunun 24 yaşlı yarımmüdafiəçisi Daniel Freytasın başı və cinsiyyət orqanı kəsilmiş vəziyyətdə ölü tapıldığını xəbər vermişdik.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, futbolçunun qətlində şübhəli bilinən Edison Brittesin həyat yoldaşıyla şəkilləri üzə çıxıb.

Freytasın dostuna göndərdiyi bir mesajda Edisonun 18 yaşlı qızı üçün təşkil etdiyi doğum günü partisinə qatıldığını, daha sonra isə onun həyat yoldaşıyla birlikdə olduğu şəkilləri paylaşaraq, "Ad günü olan qızın anasıyla birlikdəyəm, atası da evdədir deyə, yazdığı öyrənilib.

Edisonun, futbolçunu huşsuz vəziyyətdə olan həyat yoldaşıyla birlikdə gördükdən sonra bu dəhşətli qətli törətdiyi bildirilir.