ARB TV-nin "Şou news verilişinin "Məşhurların avtomobilləri" rubrikasının növbəti qonağı müğənni Niyam Salami olub.

Unikal.org Axşam.az-a istinadən məlumatına görə, sənətçinin avtomobilinin içinə baxan müxbir arxa oturacaqdan sarışın qadın saçı tapıb. İfaçı bunla bağlı suala belə cavab verib:

"Ola bilər kimsə maşında oturub. Qohum-əqrəbə, ailə, dost, tanış, sevgili, münasibət qurduğun adam var. Ola bilər də, münasibət qurduğun adamla oturmusan, maşına saçı tökülüb. Burda nə var ki? Ola bilər saçını darayarkən düşüb. Mən bilmirəm axı. Maşallah hamısı sarı saçdır. Sevgili deyəndə ki, münasibət qurduğum var. Arvad almaq xoş xəbər deyil. Bir yandan xoşdur, bir yandan bəd xəbərdir. Arvad kişidən nə qədər çox qorxsa, bir o qədər yaxşıdır.