Bakıda avtomobillərdən oğurluq edən cinayətkarlar yaxalandı.

DİN-dən Unikal.org-a verilən məlumata görə, oğurluq etdiyinə görə tutulmuş Rövşən Novruzovun ətrafında Nəsimi RPİ 19-cu PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun oktyabrın 19-da rayon ərazisindəki 1 avtomobildən qızıl bilərzik və monitor oğurlaması da müəyyən edilib.

Oğurluq etdiyinə görə tutulmuş Seymur Paşayevin ətrafında Nəsimi RPİ 20-ci PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun ötən ay ərzində rayon ərazisindəki 3 avtomobildən maqnitofon, monitor və akkumulyator oğurlaması da müəyyən edilib.