Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Leyla Abdullayeva KİV-ə açıqlamasında Azərbaycanın İsveçdə səfirliyini bağlayacağına dair məlumata münasibət bildirilib.

Unikal.org xəbər verir ki, Azərbaycanın hər hansı bir yərdə, o cümlədən Stokholmdakı səfirliyini bağlamaq niyyətində olmadığını bildirən Leyla Abdullayeva deyib: "Bir kərə yüksələn bayraq, bir daha enməz prinsipi suveren və müstəqil dövlətlər üçün mühüm əhəmiyyət kəsb edir. Əksinə, Azərbaycanın həyata keçirdiyi çox fəal xarici siyasəti və beynəxalq birlik tərəfindən artan hörmətini nəzərə alaraq xaricdəki nümayəndəliklərimizin sayını daha da artırmaq niyyətindəyik.