Saatlıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə Bəylik kəndinin ərazisində qeydə alınıb.

"Opel" markalı avtomobilin aşması nəticəsində 2 nəfər hadisə yerində ölüb. Hazırda ölənlərin kimliyi və hadisənin təfərrüatları aydınlaşdırılır.

Faktla bağlı ərazidə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır.