Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Parisdə ABŞ lideri Donald Tramp ilə görüşüb.

Unikal.org Anadolu agentliyinə istinadla xəbər verir ki, görüş Birinci Dünya müharibəsinin başa çatmasının 100 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün Parisə gəlmiş dünya liderlərinin şərəfinə Fransa Prezidenti Emmanuel Makron tərəfindən verilən ziyafətdə baş tutub.Ziyafətə xanımları ilə birlikdə qatılan Rəcəb Tayyib Ərdoğan və Donald Tramp bir müddət söhbət ediblər.