Türkiyənin məşhur müğənnisi İbrahim Tatlıses ona xarab təyyarə satan "Tarkim" şirkətinin rəhbərini məhkəməyə verib.

Unikal.org qaynarinfo-ya istinadən xəbər verir ki, FETÖ üzvü olduğu ortaya çıxan şirkət rəhbəri Faruk Bayındırın Tatlısesə təyyarəni dəyərindən 600 min dollar baha qiymətə satdığı məlum olub.

Məhkəmə "fırıldaqçılıq" və "terror təşkilatına üzv olma" maddələri ilə Bayındır barəsində həbs qərarı çıxarılıb.

Barəsində daha öncə də həbs qərarı çıxarılan Bayındırın axtarışları davam etdirilir.