"Air France" aviaşirkətinin "Boeing-777" təyyarəsi Rusiyanın İrkutsk şəhərində qəza enişi edib.

Unikal.org xəbər verir ki, təcili enişə səbəb təyyarənin içində baş verən tüstülənmə olub. Xəsarət alan olmayıb.

Təyyarə Paris-Şanxay reysini yerinə yetirirdi. Təyyarənin göyərtəsində ekipaj üzvləri daxil olmaqla 280 nəfər olub. Bütün sərnişinlər aeroportun mehmanxanası və şəhər hotellərində yerləşdirilib.