İngiltərədə yaşayan Redfordlar ailəsinin 21-ci uşağı dünyaya gəlib.

Unikal.org "Qafqazinfoya istinadən xəbər verir ki, Sue və Noel cütlüyü İngiltərənin ən böyük ailəsi hesab olunur.

Onların sonuncu övladı bir neçə gün öncə dünyaya gəlib. Bonni adı verilən qızın çəkisi 3,74 kq olub.

43 yaşlı Sue ilk uşağını 14 yaşında dünyaya gətirib. Cütlüyün övladlarından biri isə 2014-cü ildə dünyasını dəyişib. Hazırda ailənin 12 oğlan, 8 qız övladı var.

Məlumata görə, Sue həyatının 800 həftəsini (5600 gün) hamilə olaraq keçirib.

Qeyd edək ki, Redfordlar ailəsi 10 otaqlı böyük bir evdə yaşayır. Onlar xərclərini qarşılamaq üçün dövlətdən yardım almırlar.