Qəbələ rayonunun Həmzəli kəndində dağlıq ərazidə olarkən yüksəklikdən yıxıldığı bildirilən 1975-ci il təvəllüdlü Mehralıyev Sadiq Mamed oğlunun meyitinin Həmzəli çayından götürülməsi üzrə tədbirlər başa çatıb. S.Mehralıyevin meyiti aidiyyəti üzrə təhvil verilib.

Unikal.org FHN-ə istinadən verdiyi məlumata əsasən, çətin keçilən mürəkkəb relyefli ərazidə aparılan əməliyyata Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.-‹

17:32

Qəbələdə dağlıq ərazidə yüksəklikdən yıxılan şəxs dünyasını dəyişib.

Unikal.org-a FHN-dən verilən məlumata əsasən, Bohran Vəziyyətlərində İdarəetmə Mərkəzinə rayonun Həmzəli kəndində dağlıq ərazidə yüksəklikdən yıxılmış 1975-ci il təvəllüdlü Mehralıyev Sadiq Məmməd oğlunun meyitinin çıxarılması üçün müraciət daxil olub.

Hadisə yerinə Şimal-Qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Əlavə məlumat veriləcək.