Əfqanıstanda "Taliban" terror qruplaşmasının hücumu nəticəsində ən azı 25 nəfər ölüb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, hadisə Əfqanıstanın mərkəzi Qazni vilayətində baş verib. Qeyd olunur ki, daha 17 nəfər hücum nəticəsində yaralanıb.

Ölənlərdən 10 nəfər güc strukturları nümayəndəsi, 15 nəfəri isə dinc sakindir.