"Azərbaycandakı bankların fəaliyyətindən razı ola bilmərik. Çünki onların real sektora köməyi azdır.

Unikal.org xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə gələn ilin dövlət büdcəsinin plenar sessiyadakı müzakirəsi zamanı deyib.

O həmçinin bildirib ki, yerli bankların təklif etdiyi kreditlərin illik faiz dərəcələri yüksəkdir: "Faizləri azaltmaq üçün ümumi konsensusa ehtiyac var.