İngiltərədə yaşayan Ceyn Park adlı milyoner qız onu xoşbəxt edəcək kişiyə sərvət ödəməyə hazırlaşır.

Unikal.org axşam.az-a istinadən xəbər verir ki, 23 yaşlı gənc bu günədək yaşadığı münasbətlərin ayrılıqla bitdiyini və xoşbəxt ola bilmədiyini bildirib. Onun sözlərinə görə, bundan sonra ona kimsə istədiyi sevgini və dəyəri versə, həmin kişinin hesabına illik 60 min sterlinq (təxminən 131 min AZN) pul köçürəcək.

Lakin bunun üçün Ceynin bir şərti var. Belə ki, qarşısındakı insan onun puluna deyil, özünə aşiq olmalıdır. Park özünə qarşı sədaqət hiss etdikdən sonra həmin insanla evlənəcək və onun hesabına illik pul köçürəcək.