Şabran rayonunun Ağalıq kəndində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Unikal.org xəbər verir ki, Şabran Rayon Mərkəzi Xəstəxanasından report-a verilən məlumata görə, axşam saatlarında tibb müəssisəsinə "təcili yardım" maşını ilə şəxsiyyəti məlum olmayan kişi meyiti daxil olub.
Onun avtomobillə vurulduğu bildirilir.
Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.