Bərdə rayonunda intihar hadisəsi baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə rayonun Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb.

Rayon sakini 1958-ci il təvəllüdlü Dadaşov Abbas Kərəm oğlu özünü iri gövdəli ağacdan iplə asıb.

Hadisə barədə sakinlər rayon polis şöbəsinə məlumat veriblər.

İntiharın dəqiq səbəbi bilinməsə də, 60 yaşlı kişin uzun illərdir ki, əsəb xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.