Rusiyanın Rostov əyalətinin Arbitraj məhkəməsi "Palmali şirkətini müflis elan edib.

Unikal.org "Qafqazinfo"ya istinadən xəbər verir ki, şirkət altı ay davam edəcək iflas proseduruna başlayıb.

Qeyd edək ki, "Palmali əsas kreditoru olan "Sberbanka 13 milyard rubl (təxminən 335 milyon manat) borcludur.

Bundan başqa, digər kreditorlar arasında Mübariz Mənsimova məxsus Maltada qeydiyyatdan keçən "Palmali Holding, Vest-İndiyadakı "Palmali Şipping, Türkiyədəki "Palmali Gemicilik ve Acentelik də var. Həmin şirkətlərin iddiaları 6 milyard rublu keçir.

Borclu şirkətə qarşı tələb irəli sürənlər arasında "Alyans, "Azov-Flot-Servis, "Arsenal sığorta şirkəti, həmçinin "YuqBunkerServis-Rostov yanacaq şirkəti də var.

Qeyd edək ki, "Palmalinin direktoru 17,5 milyon rublluq vergidən yayınmada ittiham olunur.