İmişli rayonunun Sarıxanlı kəndində ümumi sahəsi 150 m² olan birmərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları qismən yanıb.

Unikal.org-a FHN-dən verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.