Fransanın "Monako klubunun futbolçusu Radamel Falkao İspaniya təmsilçisi "Real Madridə təklif olunub.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, 33 yaşlı kolumbiyalı hücumçunun agenti bu məqsədlə madridlilərlə danışıq aparıb.

Paytaxt klubunun rəhbərliyi isə bu variantı gözdən keçirəcəklərini, lakin daha çox gənc oyunçuların transferində maraqlı olduqlarını bildirib.

Fransa çempionatının geridə qalan 13 turundan 7 xal toplayan "Monako "Genqamla birlikdə son 2 pilləni bölüşür. Falkaonun hesabında 4 qol və 1 məhsuldar ötürmə var.