Bakıda qapı kilidləndiyindən ikisi azyaşlı olmaqla 3 nəfər mənzildə köməksiz vəziyyətdə qalıb. 

FHN-dən Unikal.org-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda ikisi azyaşlı olmaqla 3 nəfər mənzildə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısının açılmasını təmin etmişlər. Əməliyyat başa çatıb.