Ov zamanı bədbəxt hadisə baş verib. Hadisə ABŞ-ın Miçiqan ştatında baş verib

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, ovçu səhvən birlikdə ova getdiyi dostunu güllələyib.

İnsident günorta vaxtı baş verib. Adı məlum olmayan 45 yaşlı Qeylord sakini təsadüfən 38 yaşlı Sanford sakini Castin Boyteli tüfənglə öldürüb. Hadisə yerinə, polis əməkdaşları gəlib.

İlkin araşdırma zamanı məlum olub ki, Boytel həmin ərazidə maral ovuna çıxıbmış. Onlar bir-birini tanımırmış. Sadəcə adı məlum olmayan ovçu həmkarını maral sanıb və güllə atıb.