Türkiyənin İzmir bölgəsində 35 yaşlı qadın dəhşətli cinayətə əl atıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, İzmirin Karşıyaka bölgəsində Kadriyye Ç.-nı baş və kürək nayihəsindən bıçaqladıqdan sonra 35 yaşlı Selma Ç. intihar edib. O yaşadığı 6 mərtəbəli binadan özünü atıb.

Belə ki, psixoloji problemləri olduğu və müalicə aldığı iddia edilən Selma.Ç anasına 4 bıçaq zərbəsi vurub. Ağır yaralanan Kadriyye Ç. xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu deyilir. Hadisədən sonra polis Selmanı saxlasa da, ifadəsi alındıqdan sonra o, sərbəst buraxılıb. Evə gələn SelmaÇ. saat 02.30 radələrində özünü binadan yerə ataraq, öldürüb.