Cəlilabad rayonundaaxtarışda olan narkotacir saxlanılıb.

Unikal.org "Report"a istinadən xəbər verir ki, Cəlilabad rayon Polis şöbəsinin (RPŞ) əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti uğurlu əməliyyat tədbiri keçirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan və 18.08.2017-ci ildən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 318.1, 234.4.1, 312.1, 206.3.2, 334.4.3-cü maddələri ilə axtarışda olanİqbal Həsənovrayon ərazisində saxlanılıb.

Məlumata görə,İran İslam Respublikasındankülli miqdarda narkotik vasitəni qanunsuz şəkildə ölkə ərazisinə gətirərək satışını həyata keçirən İ. Həsənov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Cəlilabad RPŞ-də araşdırmalar davam etdirilir.

Bundan əvvəlBakıda "bibi ləqəbli narkotacirsaxlanılıb.