Çin alimləri göz xəstəliklərinin müalicəsi üçün miniatür "tikanlı kontakt linzalar hazırlayıblar.

Unikal.org xəbər verir ki, linzanın itilənmiş kiçik piramidaları tədricən əriyən materialdan hazırlanıb və bu proses su ilə təmasda olduqda baş verir.

"Tikanlarda olan dərman səthi qişaya toxunmadan birbaşa gözün daxilinə nüfuz edir və bir neçə gün ərzində tamamilə həll olur.