UEFA Millətlər Liqasında Kosovo ilə keçirəcəyi VI tur matçı ilə əlaqədar səfərə çıxan Azərbaycan yığması Priştina şəhərinə çatıb.

Unikal.org xəbər verir ki, Bolqarıstanın VİA aviaşirkətinə məxsus çarter reysli təyyarə 4 saatlıq uçuşdan sonra dünən gecə Kosovaya enib.

Futbol üzrə Azərbaycan milli komandasını Adem Yaşari adına hava limanında cəmi bir azərbaycanlı azarkeş qarşılayıb. Yayılan məlumatlarda həmin şəxsin "Milli dəstə azarkeş qrupunun üzvü Şamil Mustafayev olduğu bildirilir. O, "Azərbaycan-Azərbaycan" qışqıraraq millinin oyunçuları ilə görüşüb.

Famil Fərhadoğlu