Suriyanın müxalif Azad Suriya Ordusu Türkiyə qoşunlarının dəstəyi ilə Afrin rayonunda xüsusi əməliyyata başlayıb.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyyat Afrində fəallaşmış silahlı qruplaşmalara qarşı keçirilir.

Qeyd olunur ki, Afrində 300-ə yaxın silahlı mövcuddur və son zamanlar şəhərdə soyğunçuluq halları artıb.

Xatırladaq ki, bu ilin yanvar-mart aylarında Türkiyə Silahlı Qüvvələri Afrində "Zeytun budağı əməliyyatı keçirmişdi. Əməliyyat nəticəsində Afrin rayonu PYD və YPG silahlılarından azad edilmişdi.