Kür çayı buz bağlayıb.

Unikal.org-un məlumatına görə, Kür çayının Türkiyənin Ərdahan vilayətindən keçən hissəsi buz bağlayıb.

Çayın üzərindəki buz örtüyünün qalınlığı təqribən 3 santimetrdir.

Əvvəlki illərdən fərqli olaraq bu il çay daha tez donub ki, bu da vilayətdə hava şəraitinin sərt çəkməsi ilə əlaqədardır.