24 oktyabrda Gələcəyə İnvestisiya Konfransında iştrak etmək üçün Səudiyyə Ərəbistanına gedən Qabon Respublikası prezidentindən xəbər yoxdur. 

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Livan baş naziri Həririnin bu ölkədə yoxa çıxması, daha sonra jurnalist Camal Qaçıqçının İstanbuldakı Baş Konsulluqda öldürülməsindən sonra prezidentlə bağlı yayılan xəbər şok effekti yaradıb. 

Amma ötən müddət ərzində nə ölkəsinə qayıdıb, nə də harada olduğu bardə xəbər verilib. Ölkə yetkililəri prezidentin səhhətində problem olduğunu və Əl-Riyadda təcili olaraq xəstəxanaya yerləşdirildiyini bildirib. Amma Afrika Birliyi bu açıqlamanı yetərsiz hesab edərək ölkəyə nümayəndə heyəti göndərməyi qərara alıb.