"Nissan Motor avtomobil konserninin prezidenti Karlos Qon Yaponiyada saxlanılıb.

Unikal.org-un məlumatına görə, 64 yaşlı K.Qon 2011-ci ildən 2015-ci ilədək müddətdə gəlirləri azaltmaqda ittiham olunur.

Qeyd olunur ki, bu müddət ərzində o, 44 milyon dollara yaxın vəsaiti vergidən gizlədib.

K.Qob həmçinin "Renault-Nissan-Mitsubishi alyansının İdarə heyətinin sədridir.

Bundan başqa, "Nissan Motor İdarə heyətinin üzvü Qreq Kellinin də saxlanıldığı bildirilib.