Kanadanın Rusiyadakı səfirliyinə hücum olub.

Unikal.org xarici mediaya istinadən xəbər verir ki, hadisə bu gün Rusiya paytaxtında qeydə alınıb.

Məlumata görə, 24 yaşlı Omsk sakini Denis Ş. sərxoş vəziyyətdə təpiyi ilə səfirliyin pəncərə şüşəsini sındırıb.

Moskvanın qonağı olan gənc dərhal saxlanılıb və barəsində "xırda xuliqanlıq maddəsi üzrə protokol tərtib olunub. Həmin maddə üzrə Omsk sakininin 500 rubldan 1000 rubla qədər cərimə, yaxud 15 sutka həbs cəzası gözləyir.