"Pakistana artıq milyardlarla dollar ödəniş etməyəcəyik. Çünki onlar bizim üçün heç nə etmirlər.

Unikal.org xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Tvitter hesabında yazıb.

Donald Tramp daha sonra Pakistana qarşı ağır ifadələr işlədib: "Əlbəttə, Üsamə Ben Ladeni daha əvvəl tutmaq lazım idi. Dünya Ticarət Mərkəzinə hücum öncəsi yazdığım kitabda bu barədə qeyd etmişdim. Klinton şansını itirdi. Pakistana milyardlarla ödəniş etdik, bizə onun yerini də demədilər. Axmaqlar.