"Avtomobil yollarının layihələşdirilməsi, tikintisi, yenidən qurulması və təmiri Qaydalarına əlavələr edilib.

Unikal.org-un məlumatına görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən magistral avtomobil yollarının, körpülərin və tunellərin layihələndirilməsi zamanı "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada ətraf mühitə təsirin qiymətləndirilməsi təmin olunmalıdır.

Həmçinin Ətraf Mühitə Təsirinin Qiymətləndirilməsi sənədi hazırlanmalı və dövlət ekoloji ekspertizası keçirilməlidir.