Xətai rayonunun bir hissəsinə içməli suyun verilməsində fasilə yaranıb.

Bu barədə Unikal.org-a  "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Məlumata görə,600 mm-lik çuqun xətdə baş vermiş qəza ilə əlaqədar Xətai rayonunun bir hissəsinə (kənd Əhmədli, Radizavodun ətrafı, Zığ yolunun bir hissəsi və Mingəçevir küçəsi) içməli suyun verilişində məhdudiyyətlər olub.