General yoxlama apardı

General yoxlama apardı

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının (DQ) birinci Avropa Oyunlarında xidmətə hazırlığı yoxlanılıb.
Daxili Qoşunların xidmətə cəlb olunan hərbi qulluqçuları ictimai qaydanın qorunması, ictimai təhlükəsizliyin təmin edilməsində qarşıya qoyulmuş tapşırıqların icrasına başlayıb.
Bu məqsədlə, daxili işlər nazirinin müavini - Daxili Qoşunların komandanı, general-leytenant Şahin Məmmədov tərəfindən Daxili Qoşunların Bakıda yerləşən 2 hərbi hissəsində birinci Avropa Oyunları zamanı ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsinə cəlb olunan hərbi qulluqçuların hazırlığı, geyim təminatı, xüsusi avadanlıq və vasitələrlə təchizatı, eləcə də avtomobil və xüsusi texnikaların vəziyyəti yoxlanılıb.