Bu gün Türkiyə Superliqasında 34-cü tura start verilib.

"Unikal" xəbər verir ki, Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin çıxış etdiyi "Adana Demirspor" öz meydanında lider "Qalatasaray"la qarşılaşıb. Görüşdə İstanbul komandası 3:0 hesablı qələbə qazanıb.

Şahruddin də bu oyunun iştirakçısı olub. 29 yaşlı qapıçı meydana start heyətdə çıxıb və sonadək oynayıb. 

Qeyd edək ki, "Qalatasaray" 93 xalla 1-ci, "Adana Demirspor" isə 41 xalla 11-ci pillədə qərarlaşıb.