Əbülfəs Qarayev Oğuzda vətəndaşları qəbul edəcək

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iyulun 15-də Oğuzda Şəki, Mingəçevir şəhəri, Oğuz, Balakən, Zaqatala və Qax rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək.
Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə qəbula yazıla bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşlar şəhər (rayon) mədəniyyət və turizm şöbələri ilə də əlaqə saxlaya bilərlər.