Ziya Məmmədovdan sərt addım

Ziya Məmmədovdan sərt addım
Nəqliyyat Naziri 8 nəfəri işdən qovdu

Nəqliyyat Nazirliyində də kadr dəyişikliyinə strat verilib. Avqust ayının 3-də nazirlikdə baş tutan iclasdan sonra qurumda dəyişikliklərə start verilib.
İclasda Avropa Oyunları ərəfəsində şəhərdaxili sərnişindaşımada qeydə alınan bir çox qüsurlar müzakirə olunub. Əsasən sərnişin avtobuslarının iştirakı ilə qeydə alınan qəzalar müzakirə olunub.
Müzakirədən sonra Nəqliyyat Nazirliyinin bir çox vəzifəli işçiləri buraxdıqları qüsurlara görə işdən çıxarılıb. Nazirliyin tərkibində Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Hüseyn Salamov və 8 nəfər əməkdaş işdən qovulublar. İclasda sərnişindaşımada mövcud problemlər müzakirə olunub və işin keyfiyyətini yüksəltmək üçün lazımı qərarlar qəbul olunub.
Onu da qeyd edək ki, həmin görüşdə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəis vəzifəsinə Elnur Abdullayev təyin olunmuşdu. E.Abdullayevin isə nazirin oğlu Anar Məmmədovun yaxın dostu olduğu da bildirilir.