İyulun 5-də saat 14 radələrində Bərdə şəhərində müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini Günay Əbilova vurulub.

Unikal.org-un DİN-in saytına istinadən məlumatına görə, G.Əbilova xəstəxanaya yerləşdirilib.
Bərdə RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən "VAZ-2121 markalı avtomobilin sürücüsü, həmyerlisi Rəşid Hacıyev isə saxlanılıb.
Faktla əlaqədar cinayət işi başlanıb.