Tovuzda sürücünün ölməsi ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.
Unikal.org bildirir ki, APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Xatınlı kəndində qeydə alınıb.
Kənd sakini 1989-cu il təvəllüdlü Fətəli Hüseynov idarə etdiyi "VAZ 2107 markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarında divara çırpılıb. Qəza zamanı sürücü ağır bədən xəsarətləri alıb. Tovuz Mərkəzi rayon xəstəxanasına aparılarkən o, dünyasını dəyişib.
Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.