"NATO-nun Rusiya ilə müntəzəm və mənalı dialoqa ehtiyacı var və bunu zəruri hesab edirik."

Unikal.org "Report"a istinadla xəbər verir ki, bu sözləri NATO-nun Varşava Sammiti zamanı Lüksemburqun baş naziriXavier Bettel bildirib.

Baş nazir sonraTwitter səhifəsində belə yazıb:"NATO-nun sammiti: Rusiya ilə müntəzəm, ədalətli vəmənalı dialoq."

Ümumiyyətlə, bir müddət əvvəlNATO baş katibi Yens Stoltenberq bu sammitinRusiya ilə konstruktiv dialoq üçün yaxşı fürsət olduğunubildirib. Onun sözlərinə görə, bütün müttəfiqləri bu birləşdirir.

Öz növbəsində, cümə günü, ev sahibi, Polşanınxarici işlər naziri Witold Waşikovskiy jurnalistlərə açıqlamasında deyib ki,Rusiya Qərb ölkələrinə qarşı imperiya və düşmən siyasəti aparır.