14 Oktyabr 2019
13 Oktyabr 2019
Bu ölkədə hərbçi qadınların döyüş xəttində xidmət etməsinə icazə verilir
Bu ölkədə hərbçi qadınların döyüş xəttində xidmət etməsinə icazə verilir HADİSƏ 21:55 2016-07-08

Britaniyalı xanım hərbçilər döyüşən hərbi hissələrdə, o cümlədən Əfqanıstanda da xidmət edəcəklər.

Unikal.org "Report"a istinadən xəbər verir ki, bunu Britaniyanın baş naziri Devid Kemeron NATO-nun Varşavada keçirilən sammitində elan edib.

O, bunu krallıq ordusunun Baş Qərargah rəisi Nikolas Karterin zəmanəti əsasında bəyan etdiyini söyləyib.

Məlumata görə, indiyə kimi Britaniya ordusunun qadın hərbçiləri döyüş bölgələrində müəyyən edilmiş sayda iştirak edə bilərdi.

Məsələn qadınlar təyyarəçi, dənizçi və ya sapyor olabilsə də, düşəmənlə yaxın döyüşdə piyada, yaxud tankçı kimi xidmət edə bilməzdi.

Qeyd edək ki, ABŞ, Kanada,İsrail və Avstraliya ordusunda zərif cinsin nümayəndələri döyüş tapşırıqlarını yerinə yetirməkdə kişilərlə bərabərhüquqludur. Bundan sonra siyahıya britaniyalı qadın hərbçilər də daxil olacaq.