Türkiyənin Mardin vilayətinin Artuklu rayonunun Cevizli kəndindəki jandarmeriya binasına partlayıcı quraşdırılmış avtomobillə hücum olub.
Unikal.org Türkiyə KİV-inə istinadən xəbər verir ki, əraziyə çoxlu sayda polis, yanğınsöndürən və təcili tibbi yardım maşınları göndərilib.
Terrorçular avtomobili partlatmaqla yanaşı, binanı atəşə tutublar. Nəticədə 3 nəfər ölüb, 36 nəfər yaralanıb. Yaralılar Mardindəki xəstəxanaya qaldırılıblar.