Volqoqrad vilayətinin Voljski şəhərində terror aktı hazırlamaqda ittiham olunan iki yeniyetmə saxlanılıb. 

"Unikal" Rusiya mətbuatına istinadən xəbər verir ki, Voljskidə terror aktları hazırladıqları üçün saxlanılan iki yeniyetmə həbs edilib. 

Məlumata görə, saxlanılan gənclərin 17 yaşı var. Onlar Ukrayna kuratorlarının göstərişi ilə terror aktları hazırlamaqda və  müharibə simvolları olan avtomobillərə ziyan vurmaqda ittiham olunurlar.