Şamaxı rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.
Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 13:30 radələrində rayonun Çöl Göylər kəndi ərazisində qeydə alınıb.
Şamaxı şəhər sakini Həşimov Maarif Arif oğlu 90-BX-297 dövlət nömrə nişanlı, "Mercedes markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxaraq dərəyə aşıb.
Avtomobildə tək olan sürücü M. Həşimov hadisə yerində ölüb.
Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.