"ABŞ-ın siyasi iradəsi olarsa, Dağlıq Qarabağ probleminin həllinə ciddi təsir edə bilər"
"ABŞ-ın siyasi iradəsi olarsa, Dağlıq Qarabağ probleminin həllinə ciddi təsir edə bilər"
"Dağlıq Qarabağ münaqişəsi həll olunmadan ABŞ-ın regionda
maraqları təmin olunmayacaq"

"ABŞ-ın siyasi iradəsi olarsa, Dağlıq Qarabağ probleminin həllinə ciddi təsir edə bilər". Bu açıqlamanı Milli Məclisin vitse-spikeri Bahar Muradova verib.
O bildirib ki, ABŞ-ın dünyadakı münaqişələrin həllindəki təsirindən geniş danışmağa ehtiyac yoxdur, onların bu proseslərdəki rolu bəllidir: "Siyasi iradəsi olarsa ABŞ-ın imkanı var ki Dağlıq Qarabağ münaqişəsinin həllinə də təsir etsin".
Vitse-spiker deyib ki, Hillari Klintonun verdiyi bəyanatlar optimistlik yaradır və ABŞ-ın Dağlıq Qarabağ məsələsi ilə bağlı yeni yanaşması müəyyən ümidlər yaradır: "Düzdür, bu məsələ nazirlərin Parisdə keçirəcəyi görüşündə özünü göstərəcək. Aydın olan odur ki, bu məsələ artıq hamını narahat etməyə başlayıb, Dağlıq Qarabağ münaqişəsi həll olunmadan ABŞ-ın regionda maraqları təmin olunmayacaq".